Paşinyan sülhün bərpa olunmasına görə Rusiyaya təşəkkür edib


Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda sülhün bərpa olunmasına görə Rusiyaya təşəkkür edib.

 Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu RF Prezidenti Vladimir Putinin göstərişi ilə Ermənistana səfərdə olub.

RİA Novosti xəbər verir ki, Yerevanda Şoyqu Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri Vaqarşak Arutyunyanla görüşüb.

Rusiya müdafiə naziri Paşinyanla Arutyunyana Dağlıq Qarabağ münaqişəsi zonasında sülməramlı əməliyyat, yerlərdə Rusiya sülhməramlı kontingentinin bölmələrinin yerləşdirilməsi və müşahidə postlarının qurulması, atəşkəsə nəzarət monitorinqinin təşkili, həmçinin humanitar vəzifələrin həlli barədə məlumat verib.

"Biz konkret vəzifələrlə gəlmişik. Bilirsiniz ki, üçtərəfli bəyanatın imzalanmasından sonra sülhməramlı kontingent münaqişə bölgəsinə gəlib. Bu günlər ərzində biz praktiki olaraq Qarabağın bütün ərazisində yerləşmişik. 23 post qurulub. Stepanakertə (Xankəndinə) gedən yola nəzarət edirik. Qaçqınların qayıtmasını təmin edirik. Artıq dinc həyat bərpa olunub. Bizim tərəfimizdən əsas vəzifə qan tökülməsinə yol verməməkdir. Bu, bizim Ali Baş Komandanın qarşımızda qoyduğu vəzifədir", - Sergey Şoyqu bəyan edib.

Öz növbəsində Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda sülhün bərpa olunmasına görə Rusiyaya təşəkkür edib.

"Müharibə vaxtı biz həmişə Rusiya Federasiyasının dəstəyini hiss edirdik... Mürəkkəb dövrlər idi, lakin indi hərbi-siyasi vəziyyət dəyişib", - o bəyan edib.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu