Sərt rejim yoluxmanı azalda bilər

Açıq məkanlarda maskadan istifadənin məcburi olması zəruri addım idi

2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilib ki, maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdiriləcək. Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” qərar verib.

Qərarla müəyyən edilib ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir.

Həkim Pərviz Axundov "Şərq"ə açıqlamasında bildirib ki, açıq məkanlarda maska istifadəsinin indiki halda məcburi olması çox zəruridir:

"Nəzəri olaraq bu, yoluxmanı azalda bilər, amma o halda ki, insanlar tibbi maskalardan düzgün istifadə etsinlər. Maskaların səhv istifadəsi, o cümlədən təkrar istifadəsi isə əks effekt verə bilər. Aylar qabaq demişdim ki, maskaların ictimai yerlərdə, dayanacaqlarda maddi çətinliyi olan təbəqə üçün pulsuz verilməsi zəruridir. İlkin olaraq, bunun müəyyən vəsait tələb etdiyini düşünmək olar. Amma nəzərə alaq ki, bu yolla yoluxma zəncirinə olan təsir nəticəsində xəstə sayında hər hansı bir azalma müşahidə edilməklə yanaşı, xəstəxanalarda xərclənən vəsaitə qənaət edilmiş olacaq".


Paylaş

Bizi Facebookda izləyin
menu
menu