Qarabağda qənimət götürülən hərbi texnika Bakıya gətirilir


Azərbaycan Ordusunun Qarabağda əks-hücum əməliyyatı nəticəsində Ermənistan Silahlı Qüvvələrinin döyüş meydanında qoyub qaçdığı hərbi texnika eşelonlarla Bakıya gətirilir. Sputnik-in fotomüxbiri hərbi qənimətlərin Bakıya gətirilməsini lentə alıb.


Ermənistan ordusundan qənimət götürülən hərbi texnika eşelonla Bakıya gətirilir, Qobustan rayonunun ərazisi.



Azərbaycan Silahlı Qüvvələri Qarabağda əks-hücum əməliyyatı zamanı Ermənistan ordusunun çoxlu sayda hərbi texnikasını məhv etməklə yanaşı, hərbi qənimətlər də götürüb. 44 günlük döyüşlər zamanı Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin 500-dən çox hərbi texnikasını ələ keçirib. Onların arasında tanklar, PDM-lər, artilleriya qurğuları və digər zirehli texnika və silahlar var.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, hərbi qənimətlər Bakıda Azərbaycan vətəndaşlarına nümayiş etdiriləcək.




Paylaş

Bizi Facebookda izləyin
menu
menu