Akopyanın etirafları sənədləşdirilib beynəlxalq təşkilatlara göndərilməlidir - Siyasi şərh


Erməni generalın fikirləri Ermənistanın regionda nə qədər təhlükəli ölkə olduğunu göstərir

“Ermənistanın müharibədə hərbi cinayətlər törətməsini bu ölkənin silahlı qüvvələrinə başçılıq edənlərdən biri - general-polkovnik Movses Akopyan dolayı yolla etiraf etdi”.


“Ermənistanın müharibə cinayətinə imza atdığı sübut olunur. Azərbaycan həmin raketi zərərsizləşdirməklə yanaşı, Rusiyanın hərbi-sənayesinə də zərbə vurdu. Ermənistanda bu raketlərin heç nəyə yaramadığını anladılar. Daima sabiq prezident Serj Sarkisyan və Nikol Paşinyanın generalları Bakını ballistik raketlərlə vura biləcəklərini qeyd edirdilər. Azərbaycan Ermənistan ordusunu rüsvayçı şəkildə məhv edərək, əraziləri işğaldan qurtardı və düşmənin raket arsenalını məhv etdi”.

Siyasi şərhçinin sözlərinə görə, general-leytenant M.Akopyanın Azərbaycana qarşı ballistik raketdən istifadə edildiyini etiraf etməsi sənədləşdirilib beynəlxalq təşkilatlara göndərilməlidir:

“Üstəlik, “Metsamor” atom elektrik stansiyasının bağlanması tələbi yenidən gündəmə gətirilməlidir. Ermənistanın nüvə tullantıları əldə edərək terrorçu təşkilatlara verməsi, Türkiyə və Azərbaycana qarşı istifadə edəcəyi vurğulanmalıdır. Düşmənə qarşı mübarizəni daha da genişləndirməli, nəfəs almasına imkan verməməliyik. Çünki Ermənistan qeyri-stabil və terror təşkilatları ilə əməkdaşlıq edən təhlükəli ölkədir. Həm bölgə, həm də dünya üçün təhdiddir. Ermənilər faşizm ideyalarına malikdir. Dekabrın 1-dən sonra ermənilərin Qarabağa qayıtmasının qarşısı alınmalı və gələcəkdə onların bizim torpaqlarımızda yaşamasına imkan verilməməlidir”.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu