Twitter rəsmi prezident hesabını Co Baydenə təhvil verməyə hazırlaşır


Twitter rəsmi prezident hesabını Co Baydenə təhvil verməyə hazırlaşır. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, sosial şəbəkənin sözçüsü Nik Pasilio bildirib ki, şəbəkə ABŞ prezidenti Co Baydenin andiçməsindən sonra rəsmi hesab üzərində nəzarəti ona təhvil verəcək.

Pasilionun sözlərinə görə, Donald Tramp öz məğlubiyyətini etiraf etməsə belə bu baş verəcək.

"Twitter, 20 yanvar 2021-ci ildə Ağ Evin idarə hesablarının köçürülməsini dəstəkləməyə fəal hazırlaşır " - deyə Pasilio vurğulayıb.

O dəyişikliklərin Amerika Birləşmiş Ştatları administarsiyasının onlarla digər rəsmi hesablarına da təsir edəcəyini deyib.



Paylaş

Bizi Facebookda izləyin
menu
menu