Cavad Zərifin Rusiya və Azərbaycana səfəri təxirə salındı

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Rusiya və Azərbaycana səfəri təxirə salınıb.
APA-nln Tehtan bürosunun məlumatına görə, bunu İran XİN sözçüsü Səid Xətibzadə tvitter səhifəsində yazıb.
S. Xətibzadə buna səbəb kimi, Nazirlər Kabinetinin fövqəladə iclasının keçirilməsini göstərib: "Qarşıdan gələn həftədə Nazirlər Kabinetinin büdcənin müzakirəsi üçün fövqəladə iclası keçiriləcək. Nazirlərin hamısının bu iclasda iştirakı lazımdır".
Qeyd edək ki, bundan öncə S. Xətibzadə Zərifin noyabrın 23-24 -də Moskva və Bakıya səfər edəcəyini açıqlamışdı.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu