Lavrov: “Dağlıq Qarabağla bağlı razılaşmaları şübhə altına alma cəhdləri uğursuzluqla nəticələnəcək”

“Rusiya Dağlıq Qarabağla bağlı razılaşmaları şübhə altına alma cəhdlərinin olduğunu təsdiqləyir, lakin bu cəhdlər uğurla nəticələnməyəcək”.
Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəsinin nümayəndə heyətinin Azərbaycana səfərinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
“Daha əvvəl də bildirdiyimiz kimi, bu razılaşmaları şübhə altına almaq cəhdlərinin olduğunu qeyd edirik. Ancaq düşünürəm ki, bu cəhdlər uğurla nəticələnməyəcək, çünki ilk növbədə, Rusiya ilə birgə ATƏT-in Minsk qrupunun həmsədrləri olan Fransa və ABŞ da Dağlıq Qarabağ probleminin üçtərəfli ortaq bəyanatın hazırlanması və həyata keçirilməsində reallaşan prinsiplər əsasında həll olunmasını dəfələrlə vurğulayıblar”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu