Gürcüstan parlamentinə seçkilərin ikinci turu başa çatıb

Gürcüstanda parlament seçkilərinin 17 majoritar dairə üzrə keçirilən II turu yekunlaşıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, Tbilisi və bölgələrdə 1 923 seçki məntəqəsi saat 20:00-da bağlanıb.
Səsvermə prosesi seçici passivliyi fonunda keçib. Belə ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı son məlumata əsasən, saat 17:00-a seçici fəallığı 21% təşkil edib. İkinci mərhələ seçici fəallığı üzrə istənilən nəticə ilə baş tutmuş hesab olunacaq.
Qeyd edək ki, seçkilərin I mərhələsi oktyabrın 31-də keçirilib. Gürcüstan müxalifəti seçkilərin nəticələrini tanımadığından II turda iştirak etməyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu