Dünyanın iki lüks avtomobil istehsalçısına eyni şəxs rəhbərlik edəcək


Almaniyanın avtomobil nəhəngi Volkswagen Group-un tərkibindəki Lamborghini şirkətinin CEO-su Stefano Domenikali Formula 1 yarışmasının prezidenti təyin edildikdən sonra sözügedən lüks markanın yeni rəhbəri məlum olub.
Ted.az bildirir ki, bundan sonra Lamborghini-yə Volkswagen Group-un digər lüks markası Bugatti-nin Ceo-su Stefan Vinkelman rəhbərlik edəcək.

O həm də indiki vəzifəsində qalacaq. Başqa sözlə, dünyanın iki lüks avtomobil istehsalçısına eyni şəxs rəhbərlik edəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu