Kobaxidze: ""Gürcü Arzusu"nun 17 namizədi deputat mandatı qazandı"


"Səsvermənin ilkin nəticələrinə görə, gözlənildiyi kimi "Gürcü Arzusu"nun bütün məntəqələr üzrə 17 namizədi deputat mandatı qazandı".

24News.ge xəbər verir ki, bu sözləri "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının İcra katibi İrakli Kobaxidze az öncə açıqlamasında deyib.

Kobaxidzenin sözlərinə görə, bu gün yarım milyondan çox vətəndaş yüksək vətəndaşlıq məsuliyyəti nümayiş etdirib:

“Bir neçə dəqiqə əvvəl parlament seçkilərinin ikinci turunun səsvermə prosesi başa çatdı. Bildiyiniz kimi, 2016-cı ildə olduğu kimi təəssüf ki, müxalifət bu dəfə də ikinci tura qatılmaqdan imtina etdi. Ancaq müxalifətin təxribatına baxmayaraq, Bu gün yarım milyondan çox vətəndaşımız yüksək vətəndaşlıq məsuliyyəti göstərdi və səs verəmədə iştirak etdi.

Gözlənildiyi kimi, "Gürcü Arzusu"nun 17 namizədi deputat mandatını qazandı. Buna görə, Gürcü Arzusu növbəti parlamentdə 90 millət vəkili ilə təmsil olunacaq", - deyə Kobaxidze qeyd edib.

Məlumat üçün xatırladaq ki, müxalifət partiyalarının namizədləri seçkilərin nəticələrini tanımadıqları üçün, ikinci turda iştirakdan imtina ediblər. Onların adları bülletenlərdə olsa da, müxalifət nümayəndələri heç bir təbliğat kompaniyası aparmayıblar.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu