Nur-Sultanda kafedə partlayış olub, ölən və yaralananlar var


Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində kafedə partlayış baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 1 nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, kafedə qaz balonu partlayıb.

Bildirilir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu