Azərbaycanda daha üç futbolçu koronavirusa yoluxdu

Azərbaycanın daha üç futbolçusu koronavirusa yoluxub.

Bu, “Neftçi”dən hücumçu Mirabdulla Abbasovdur.

Həmçinin, “Keşlə”dən Vüsal İsgəndərli ilə müqavilə ilə “Neftçi”yə məxsus olan Rəhman Hacıyev də koronavirusa yoluxan futbolçulardandır.

Onların virusa yoluxmasını “Neftçi”nin baş məşqçisi Samir Abbasovla “Keşlə”nin çalışdırıcısı Yunis Hüseynov bu gün keçirilən oyunsonrası mətbuat konfransında bildirib.

Qeyd edək ki, daha əvvəl mətbuata “Qarabağ”dan Maksim Medvedev, Rahil Məmmədov, “Sabah”dan Təmkin Xəlilzadə və “Neftçi”dən Emin Mahmudovun koronavirusa yoluxduğu bəlli olmuşdu.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu