Hava ilə bağlı sürücülərə MÜRACİƏT

Bakı Nəqliyyat Agentliyi (BNA) hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edib.

"Sherg.az" qurumun tövsiyəsini təqdim edir:

"Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu