“Səbail”də koronavirusa yoluxan futbolçuların adları AÇIQLANDI

“Səbail”də koronavirusa yoluxan futbolçuların adları bəlli olub.
Apasport.az saytının əldə etdiyi məlumata görə, 4 futbolçu bu üzdən heyətdən kənarlaşdırılıb.
Bunlar yarımmüdafiəçilər Əfran İsmayılov, Elgün Nəbiyev, Vüqar Bəybalayev və hücumçu Mirsayib Abbasovdur. Adıçəkilən oyunçulardan götürülən ikinci testin nəticəsi də pozitiv çıxdığından, onlar karantin şəraitində müalicə alırlar.
Bu üzdən həmin futbolçular Premyer Liqanın X turunda “Sabah”la bu gün baş tutacaq qarşılaşmanın iştirak ərizəsinə salınmayacaqlar.
Qeyd edək ki, noyabrın 21-də keçirilməli olan “Sabah” – “Səbail” qarşılaşması məhz qonaqların 4 oyunçusunun koronavirusa yoluxması səbəbindən bu günə təxirə salınıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu