Koronavirusdan ən yüksək ölüm nisbətinə sahib ölkələrin adları açıqlandı

Koronavirusdan ən yüksək ölüm nisbətinə sahib ölkələrin anti-reytinqinə Çex Respublikası liderlik edir.
Bu barədə “RİA Novosti” Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin (ECDC) məlumatlarına istinadən xəbər yayıb.
Bildirilir ki, Çex Respublikasında 100 min nəfərə düşən ölüm səviyyəsində göstərici 23,4-dür.
Belçika 22,1 ilə siyahıda ikinci yerdə qərarlaşıb. Anti-reytinqi Bolqarıstan (17,2), Polşa (14,3), Sloveniya (14) davam etdirir.
Pandemiya başlanandan bəri Çex Respublikasında 491,6 min nəfər koronavirusa yoluxub. Onlardan 394,9 min nəfəri sağalıb, 7164 nəfər ölüb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu