Rəsmi İrəvan süqut edə bilər:“Kremlə inteqrasiya prosesi gedir”

 “Bildiyiniz kimi, Ermənistanın bütün sərhədlərində  rus bayraqları dalğalanır”

“Orada rus sülhməramlıları var. Ermənistan ordusu faktiki olaraq yoxdur, darmadağın edilib”

“Paşinyan rus nümayəndə heyəti ilə görüşdə dedi ki, indi Ermənistan təhlükəsizlik sisteminin Rusiyaya inteqrasiyası çox vacibdir”


Ermənistanın Xarici İşlər Nazirliyinə (XİN) yeni rəhbər təyin edilib.  Ermənistan prezidenti Armen Sarkisyan Ara Ayvazyanı xarici işlər naziri vəzifəsinə təyin edib. O, bu barədə fərman imzalayıb. Yəni Zöhrab Mnasakyan dövrü artıq geridə qalıb. Elə isə bundan sonra nələr dəyişə bilər? Ermənistan, nəhayət, radikal mövqeyindən əl çəkərmi, ya necə gəlibsə, elə də gedəcək?

 Politoloq Əhməd Əlili “Sherg.az”a açıqlamasında bunun da nəticəsiz qalacağını söyləyib: 

“Növbəti iki ay Ermənistan baş naziri Nikol Paşinyan üçün çox kritikdir. Əgər hakimiyyətdə qala bilsə belə, tez-tez kadr dəyişikliyi edəcək. Yəni Ara Ayvazyan da vəzifədə çox qalmayacaq. İlk fürsətdə o da başqası ilə əvəzlənəcək. Paşinyan özü də bu yaxınlarda bildirmişdi ki, hakimiyyətin 80 faizi dəyişiləcək. Yeni nazirin Ermənistan xarici siyasətinə təsirinin nədən ibarət olacağını demək çətindir. Amma indi əsas müzakirə mövzusu “Ermənistan dövlətçiliyi”nin qorunub saxlanılmasıdır”.

Ə.Əlilinin fikrincə, yaxın zamanda hətta rəsmi İrəvan süqut edə də bilər:

“Bildiyiniz kimi, Ermənistanın bütün sərhədlərində  rus bayraqları dalğalanır. Orada rus sülhməramlıları var. Bəzi hərbi birləşmələr döyüş qabiliyyətini saxlasa da, Ermənistan ordusu faktiki olaraq yoxdur, darmadağın edilib.

Ermənistan xarici siyasətinin, təhlükəsizlik sisteminin Kremlə inteqrasiyası prosesi gedir. Paşinyan bir neçə gün əvvəl rus nümayəndə heyəti ilə görüşdə öz dililə dedi ki, indi Ermənistan təhlükəsizlik sisteminin Rusiyaya inteqrasiyası çox vacibdir.

Əlbəttə, söhbət  həm də xarici siyasətdən gedir.

Deməli, bu postdakı kadr dəyişikliyinin heç bir nəticəsi olmayacaq”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu