Bitki çaylarına üstünlük verilməlidir

Koronavirusdan qorunmaq üçün gündəlik 2 litr maye qəbul olunmalıdır

 “Koronavirus hava-damcı yolu ilə yayılan kəskin respirator virus infeksiyasıdır. Qriplə oxşar əlamətləri çox olsa da, qrip deyil, sadəcə virus mənşəli bir xəstəlikdir. Bu infeksiya yaşlılara, sağlamlıq problemi olan, immun sistemi zəif olan insanlara daha tez təsir göstərir. Koronavirus, bir insandan qrip virusuna bənzər şəkildə asqırma və öskürmə nəticəsində hava-damcı yoluyla digər insanın yuxarı tənəffüs yollarına ötürülür”. 

Bu sözləri infeksionist Azər Nağıyev deyib. Həkimin sözlərinə görə, quru öskürək, qızdırma, halsızlıq, boğaz ağrısı, burun axması, əzələ ağrıları, təngənəfəslik, boğulma, ishal, ürəkbulanma, qusma, iştahsızlıq koronavirus xəstəliyinin əsas klinik əlamətləridir: 

“Koronavirusun hazırda spesifik müalicəsi və peyvəndi yoxdur. Dünyada çoxlu sayda  mütəxəssislər bu problemin həlli üçün durmadan çalışır. Hazırda ona qarşı müalicə hələlik simptomatik preparatlarla aparılır.

Qızdırma salınır, ağciyər çatışmazlığı varsa, dəstək verilir. Koronavirusdan qorunmaq üçün qida rasionunda tərəvəz və meyvələrə (vitamin C ilə zəngin olan) üstünlük verilməli, gündəlik 2 litrdən az olmayaraq maye qəbul edilməli, bitki çaylarına üstünlük verilməlidir. Eyni zamanda sanitar-gigiyenik qaydalara riayət etmək lazımdır.

İnsanlar özlərində və ya yaxınlarında şübhəli hal aşkar etdikdə dərhal həkimə müraciət etməlidirlər. Xəstə insanların vaxtında tibb müəssisələrinə müraciət edərək müayinə olunması həm xəstəliyin vaxtında aşkar edilərək müalicə olunmasına, həm də xəstəliyin yayılmasının qarşısının alınmasına səbəb olur”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu