Arutyunyan cinayətkar və terrorçudur

Bunu rus sülhməramlıların rəhbəri Rüstəm Muradov da bilməmiş deyil

Ermənistan baş naziri Nikol Paşinyan İrəvanda keçmiş qondarma recimin başçısı Araik Arutyunyanla görüşüb. Görüşdə bir məqam diqqətdən qaçmayıb və yayılan fotolardan məlum olub ki, Arutyunyanın yanında qondarma qurumun “bayrağı”qoyulmayıb. Halbuki, Paşinyan və Arutyunyanın əvvəlki bütün görüşlərində əski parçası Ermənistan bayrağı ilə yanaşı qoyulurdu. Tərəflər iki “ölkənin lider”i kimi görüş keçirirdi. Artıq yeni reallıq ortadadır. Azərbayjan belə bir qurumu ləğv etdi. Ermənistan baş naziri Paşinyan sözdə “Arstax prezidenti” səsləndirsə də, görünən odur ki, Yerevan özü də qondarma recimi qəbul etmir. Məhz bez parçasının qoyulmaması bunun bariz nümunəsidir.

Baş nazir Rusiyanın qol qoyduğu razılaşmaya əməl etmək məjburiyyətindədir. Bununla ermənilərə mesac verir ki, “Artsax” deyilən qondarma qurum yoxdur. Sadəjə, Arutyunyanla görüşündə infrastrukturun bərpası və digər məsələlər müzakirə edilib. Aparılan danışıqlardan da aydın görünür ki, Araik yolun sonuna gəldiyinin fərqindədir. Kəlbəjər və Laçın azad edildikdən sonra onun Xankəndində qalması heç nəyi dəyişməyəjək. 

Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi, politoloq Asif Şəkərli “Şərq”ə deyib ki, Vətən müharibəsində Ermənistan ordusu Azərbayjan Silahlı Qüvvələrinın qüdrəti, döyüş qabiliyyəti qarşısında duruş gətirə bilmədi. Onun sözlərinə görə, möhtəşəm qələbəmiz Ermənistanı hərbi və diplomatik müstəvidə ajınajaqlı məğlubiyyətə uğratdı:

“Azərbayjanın əbədi, əzəli, tarixi torpaqlarında qondarma recimin varlığından söhbət belə gedə bilməzdi. Ermənistan baş naziri Nikol Paşınyanla xunta reciminin rəhbəri - Araik Arutyunyanla görüşdə “bayrağın” qoyulmaması qazandığımız tarixi qələbənin real mənzərəsi idi.

Əgər bu gün qondarma recimdən söhbət getmirsə, tamamilə məhv olubsa, onun “bayrağından”, hansısa qondarma simvolundan danışmağa dəyməz. Arutyunyan jinayətkar və terrorçudur.

O, Azərbayjan tərəfindən axtarışa verilib. Yəqin ki, bunu rus sülhməramlıların rəhbəri Rüstəm Muradov da bilməmiş deyil. Artıq proseslər Azərbayjanın xeyrinə dəyişməkdədir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu