Koronaviruslu xəstələr başqalarına da təhlükə yaradır

Bir nəfər cəzalandırılmalıdır ki, hamıya dərs olsun

Bir neçə rayon və şəhərdə koronavirusa yoluxmuş şəxsin yaşadığı ünvanı tərk etməsi halları aşkarlanıb. Məsələn, Mingəçevir sakini  Ş.Əhmədovaya ev şəraitində müalicə təyin olunsa da, o, özünütəcrid qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. 

Eləcə də Gəncə şəhərində Aybəniz Abdullayevanın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, Tovuz rayonuna getməsi məlum olub.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə A.Abdullayeva yaşadığı evə göndərilib, onun barəsində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.

Hər iki qayda pozuntusuna əlavə olaraq Ağstafa rayonundan da bir koronaviruslu “fərari” xəbəri gəldi. Belə ki, rayon sakini Ramiz Qədirli koronavirus testinin pozitiv çıxmasına baxmayaraq yaşadığı ünvanı tərk edib. Bununla bərabər o, “VAZ-2106” markalı avtomobillə sərnişin daşıyaraq karantin rejimini kobud surətdə pozub. 

Bütün bu hadisələr onu göstərir ki, koronaviruslu xəstələr neçə-neçə insan həyatına təhlükə törədir. 

 "Şərq"ə danışan tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib ki, məsuliyyət insanın öz üzərinə düşür:

“İnsanlar işin ciddiyyətini başa düşmək istəmirlər. Daha doğrusu, anlayırlar, amma əməl etməkdən yayınırlar. Həmin şəxs bilir ki, xəstədir, testi pozitivdir. Yenə də şəhərə çıxıb, təcrid olunma qaydalarına riayət etməyib.

Deməli, bilə-bilə məsuliyyətsizliyə yol verib. Buna qarşı ciddi şəkildə, inzibati qaydada cəza tədbirləri görülməlidir. Bir nəfər ciddi cəzalandırılmalıdır ki, hamıya nümunə olsun”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəbova Yazarın yazıları
menu
menu