Gürcüstanda son sutkada koronavirusdan ölüm sayı 39-a çatıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 3 128 yoluxma halı qeydə alınıb, 39 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurası məlumat yayıb.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 111 818 nəfərə, ölənlərin sayı isə 1 051 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 92 215 nəfərin sağaldığı bildirilir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu