ABŞ hərbi gəmisi Rusiyanın dövlət sərhədini pozdu

ABŞ hərbi gəmisi Rusiyanın dövlət sərhədini pozub.

APA-nın Moskva müxbirinin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Sakit okean donanmasının “Admiral Vinoqradov” sualtı hərbi gəmisi Böyük Pyotr körfəzində ABŞ hərbi dəniz qüvvələrinin “Con Makkeyn” esminetsinin Rusiyanın dövlət sərhədini pozduğunu qeydə alıb.

Bildirilib ki, artıq bir neçə gündür Yapon dənizi akvatoriyasında olan “Con Makkeyn” hərbi gəmisi bu gün Moskva vaxtı ilə 06:17-də dəniz sərhəd xəttindən 2 km kənara çıxaraq Rusiyanın ərazi sularına daxil olub. “Admiral Vinoqradov” gəmisi beynəlxalq kanallarla ABŞ hərbi gəmisinə xəbərdarlıq etdikdən sonra amerikalılar Rusiyanın ərazi sularını tərk edib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu