Koronavirus xəstəsi qonşulara təhlükə yaratdı

Saatlıda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsinin yeri müəyyən edilib və barəsində araşdırmalara başlanılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən bir nəfər rayon sakini olan K. Sadıqovun karantin qaydalarına zidd davranaraq evini tərk etdiyi və qonşuluqda yaşayan sakinlərin evinin həyətinə daxil olaraq xəstəliyin yayılmasına real təhlükə yaratdığı müəyyən edilib.

Həmin şəxsin qanunazidd hərəkətlərinin qarşısı alınıb və müalicəsinin davam etdirmək üçün yenidən yaşadığı ünvana gətirilib.

Faktla bağı Saatlı rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu