Vəkildən İDDİA:“Əsirlərimizlə bağlı SOS siqnalı çalınmalı...”

“...Və onların tezliklə azadlığa buraxılmasından ötrü bütün addımlar atılmalıdır”


Xəbər verdiyimiz kimi, hərbçilərimiz Amin Musayev və Bayram Kərimov 44 günlük vətən müharibəsi zamanı yaralanaraq, ermənilərə əsir düşüblər. Onların Ermənsitan ərazisində saxlanıldığına dair məlumatlar var.

Azərbaycan tərəfi əsirlərimizin geri alınması üçün beynəlxalq təşkilatlara, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova saxlanılan şəxslərlə əlaqədar münaqişə tərəflərinin dialoq apardığını bildirib. Görəsən, bu dialoqlar da vasitəçilərinki kimi olacaq, ya nəticə verəcək?



Vəkil İradə Cavadova bu barədə “Sherg.az”a danışıb: 

“Biz erməni əsirlərlə tamam başqa cür-beynəlxalq hüququn tələb etdiyi formada davranırıq. Onlar isə nəinki hərbçilərimizə, hətta əsir götürdükləri mülki şəxslərə işgəncələr verirlər.

Üstəlik, birinci Qarabağ müharibəsi illərindən də əllərində əsirlər var. Onların çoxundan xəbər ala bilmirik. Beynəlxalq standartlar əsirə işgəncə verilməsini qadağan edir. Yəni beynəlxalq hüquq bu məsələni tənzimləsə də, düşmənlər onun tələblərinə əməl etmirlər. Dövlət müvafiq işləri görür.

Düşünürəm ki, SOS siqnalı çalınmalı və əsirlərimizin tezliklə azadlığa buraxılmasından ötrü bütün addımlar atılmalıdır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu