Daha bir erməni general öldü

Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğal olunmasında iştirak etmiş erməni general-mayor Astvatsatur Petrosyan ölüb.
Bu barədə onun oğlu Sipan Petrosyan “Facebook” səhifəsində yazıb.
67 yaşlı Astvatsatur Petrosyan Ermənistan Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidmətinin keçmiş direktor müavini olub.
Bundan əvvəl o, 1992-ci ilin yanvarında Ermənistan Müdafiə nazirinin köməkçisi, 1993-2000-ci illərdə Müdafiə nazirinin müavini vəzifəsində çalışıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu