XƏBƏRDARLIQ! - “Laqeyd yanaşanlar yoluxurlar”

Bir il öncə dünyamıza ayaq açan və ciddi baş ağrısına çevrilən koronavirus infeksiyası hələ də ciddi təhlükə olaraq qalır. Ölkəmizdə yoluxanların sayı narahatlığa əsas yaradır. Sutka ərzində 3000-dən çox insan COVİD-19-a yoluxur. Lakin insanlar öz sağlamlıqlarına səhlənkarcasına yanaşırlar. Nə izolyasiya qanunlarına nə də adi gigiyenik qaydalara əməl edirlər. Bu səbəbdəndir ki, yoluxanların sayı günü-gündən çoxalır. Görünür, vətəndaşlar təhlükənin fərqində deyil. Necə amansız, can alan bəlayla mübarizə apardığımızı başa düşmək istəmirlər.

Mövcud durumla bağlı “Sherg.az”a danışan pediatr-infeksionist Samirə Orucova deyib ki, kim özünü və ətrafını düşünürsə, pandemiyadan qorunur: 

“Laqeyd yanaşanlar yoluxuralar. Əlbəttə, infeksional xəstə də izolyasiya olunmalıdır. 

Tək özünü yox yaxınlarını da düşünməlidir. İnşallah peyvəndlərin sayəsində pandemiyadan da qurtularıq”.

Həkim, həmçinin az yaşlı uşaqları olan valideynlərə də tövsiyələrini verib:

“Valideyn adi bir qripdən də uşağı qoruya bilməz. Sadəcə uşaq orqanizmindən asılıdır.

Uşağın heç bir xəstəliyi yoxdursa, Covid-19-u yüngül keçirər. 
Amma hər hansı xroniki xəstəliyi varsa, virusa yoluxduğu zaman uşaq üçün çətin olacaq.

Ona görə valideyn uşağı yoxlanışa aparmalıdır, probleminin olub-olmamasını öyrənməlidir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəbova Yazarın yazıları
menu
menu