Tarixçidən sensasion İDDİA: “...Ermənilər xristian deyillər” – Araşdırmalıdır !

“Çünki xristianlıq kitabının ilk sözü “öldürmə!”dir”

“Lakin onlar nəinki kişiləri, uşaq və yaşlıları da xüsusi amansızlıqla qətlə yetirir, bundan həzz alırlar”

“Hindular isə bütün tarix boyu nə uşağa əl qaldırıblar, nə də yaşlıya. Normal adam isindiyi ocağı niyə dağıtsın?! Bunu ancaq erməni edə bilər”



Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban işğaldan azad olunan Ağdam şəhərinə dair maraqlı təkliflə çıxış edib. O, bu barədə özünün “Facebook” hesabında yazıb: “Ermənilərdən azad edilmiş Ağdam... şəhər faktiki yoxdur... Necə bərpa etməli? Necə fikirləşirsiniz? Bəlkə, Ağdamın bir hissəsini necə var elə də saxlayaq - erməni vandalizminin nümunəsi kimi açıq səma altında muzey - və bura Qarabağı bizim əlimizdən necə almaq istəkləri ilə bağlı Ermənistandan tutmuş ta Xocalı və digər rayonlarda insanlıq əleyhinə törətdikləri bütün vəhşilikləri əks etdirən eksponatlar yerləşdirilsin - həm də Qarabağı necə azad etməyimiz də əks olunsun: bir tərəfindən daxil olub qəmginləşirsən və o biri tərəfindən “Azeri Ligth” kimi fontan vuran ruhla yeni Azərbaycana daxil olursan!”.

 Təklifi dəyərləndirən tarixçi-alim, antropoloq Kərəm Məmmədov “Sherg.az”a deyib ki, belə təşəbbüslər çox mühümdür:

“Biz ancaq bu yolla erməni vandallığını dünyaya nümayiş etdirə bilərik. Əslində ingilislər, fransızlar hər şeyi yaxşı bilir və görürlər. Sadəcə biz nökərdən ağaya gileylənirik. Ən yaxşısı elə dəmir yumruq imiş. Qaliblər mühakimə olunmur, vəssalam!”.

Tarixçinin fikrincə, ermənilərin vəhşikliklərinə analogiya tapmaq mümkünsüzdür: 

“Mən deyərdim ki, Ağdam Azərbaycanın Xerosimasıdır. Ermənilər həmin ərazidə o qədər dağıntılar törədiblər ki...Necə deyərlər, daş daş üstündə qalmayıb. Bəzən biz monqolları qınayırıq. Amma onlar Azərbaycanda iri şəhərlər salıb, bərpa işləri görüblər. Türklər bütün tarix boyu belə hərəkətlərə əl atmayıblar. 

Məsələn “Tanrı qırmancı” Atillanın imkanı olduğu halda Romaya girməmişdi. Çünki deyirdi ki, mənim ordum qarətçi deyil. Vandallar da albanlarla belə davranmaylıblar. Ona görə də biz “erməni vandalizmi” yox, “vandalların erməniçiliyi” ifadəsindən istifadə etməliyik. Lətifəyə görə, bir azərbaycanlı, bir gürcü və bir erməni müqəddəs şəxsin yanına gedirlər.

Müqəddəs şəxs onlara deyir ki, nə istəsən sənə bir, qonşularına iki dənə verəcəm. Azərbaycanlı at, gürcü kotan istəyir. Erməni isə deyir: “tək gözümü çıxar”. Sizi inandırım, ermənilər xristian deyillər. Çünki xristianlıq kitabının ilk sözü “öldürmə!”dir. Lakin onlar nəinki kişiləri, uşaq və yaşlıları da xüsusi amansızlıqla qətlə yetirir, bundan həzz alırlar.

Hindular isə bütün tarix boyu nə uşağa əl qaldırıblar, nə də yaşlıya. Normal adam isindiyi ocağı niyə dağıtsın?! Bunu ancaq erməni edə bilər. “Erməni faşizmi” deməyimiz də doğru deyil.
Psixoloqlar, tarixçilər erməniçiliyi ayrıca bir ideologiya kimi araşdırmalıdırlar. Onlar çox xəstə şüura sahibdirlər. Əks halda gördükləri hər şeyi mənimsəməzlər.
İndi belə çıxır, dünyadakı bütün xristian kilsələri onlarındır?!”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu