Ermənistan Müdafiə Nazirliyində istefalar davam edir

Ermənistan müdafiə nazirinin müavini Makar Qambaryan işdən çıxmaqla bağlı ərizə yazıb.
APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, M. Qambaryan 2018-ci ilin may ayında bu posta təyin olunub.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın müdafiə naziri David Tonoyan, onun müavini Qabriel Balayan, nazirliyin nümayəndəsi Artsrun Hovhannisyan, nazirliyin sözçüsü Şuşan Stepanyan da vəzifələrindən ayrılıblar.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu