Lavrov: Rusiya BQXK-nın Qarabağdakı işinə 2 milyon avro yardım təklifini dəstəkləyib

Rusiya prezidenti Vladimir Putin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Dağlıq Qarabağdakı işinə kömək üçün məqsədyönlü şəkildə 2 milyon avroluq könüllü töhfəni yönəltmək təklifini dəstəkləyib.

Bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Rusiya-24” telekanalına açıqlamasında deyib.

Bölgənin humanitar ehtiyaclarından bəhs edən Lavrov Moskvanın ilk növbədə BMT sistemində bir çox beynəlxalq təşkilatlarla, o cümlədən Qaçqınlar üzrə Ali Komissarlıq, Humanitar məsələlər üzrə koordinasiya bürosu, UNESCO, Uşaq Fondu, Dünya Qida Proqramı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə gündəlik işini qeyd edib.

Nazir həmçinin Bakı və İrəvanda fəaliyyətini əsla dayandırmayan BQXK-ya xüsusi təşəkkürünü bildirib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu