Xəstəlik gələndə gec olur

Təəssüf ki, hələ də koronavirusa inanmayanlar var

"Azərbaycan dövləti koronavirus infeksiyasının yayıldığı ilk gündən onun qarşısının alınması, eləcə də əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Tədbirlər hesabına koronavirusla mübarizə sahəsində uğurlu nəticələr əldə edildi. Demək olar ki, hər bir vətəndaşımız müəyyən edilən qaydalara riayət edirdi. Lakin karantin rejimi yumşalandan sonra yoluxma səviyyəsində artım müşahidə edildi, koronavirusa laqeyd yanaşanlar isə bu virusun yayılmasına səbəb oldular. Təbii ki, yoluxmanın artması insanların davranışı ilə birbaşa bağlıdır. Buna görə də indi əsas məsuliyyət ölkə vətəndaşlarının üzərinə düşür".
Bu sözləri millət vəkili Anar Məmmədov deyib. O bildirib ki, yaranmış mənfi tendensiyanı müsbətə doğru dəyişmək də bizim özümüzdən asılıdır: "İndiki məqamda koronavirusla mübarizədə əsas amil vətəndaş məsuliyyətidir. Bizim vətəndaş olaraq aparacağımız mübarizə, üzərimizə düşən məsuliyyət karantin qaydalarına riayət etməkdir. Təəssüf ki, hələ də cəmiyyətdə yaxın və qohumları yoluxmayana qədər virusa inanmayanlar da var. Xəstəlik gələndə isə artıq çox gec olur". 

A.Məmmədov vurğulayıb ki, ölkəmizin daha ağır fəsadlarla üzləşməməsi üçün hər kəs tələb olunan qaydalara əməl etməlidir: 

"Bu bir reallıqdır ki, ki, karantin rejiminin tələblərinin pozulması, məsuliyyətsiz yanaşma daha ciddi təhlükəyə səbəb olur. Vətəndaşlarımız bilməlidir ki, virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. Cəmiyyət olaraq yalnız sona qədər həmrəylik nümayiş etdirəcəyimiz halda bu mürəkkəb vəziyyətdən çıxa biləcəyik. Biz nə qədər pozuntulara qarşı barışmaz olsaq, ətrafımızdakı insanların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək, bir o qədər tez və müsbət nəticə əldə edə bilərik. Vətəndaşlarımız bilməlidirlər ki, sağlamlığımız yalnız öz əlimizdədir. Bu məsələdə birgə addım atmalıyıq".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu