Kəlbəcərdə erməni qalmayıb

Əlisahib Hüseynov: "Təhvil-təslimi baş tutandan sonra Müzəffər Ordumuz ərazimizə daxil olacaq"

Ermənilər noyabrın 25-də Kəlbəcəri öz qanuni sahibinə - Azərbaycana təhvil verməlidir. Artıq düşmənin Kəlbəcəri tamamilə tərk etməsi üçün hansısa bəhanə ilə vaxtı uzatmaq şansı yoxdur. Kəlbəcərin girişindəki “Artsaxa xoş gəlmisiniz” sözləri yazılmış lövhənin sökülməsi də ermənilərin reallıqla hesablaşdıqlarını təsdiq edən əyani faktdır. 

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, işğalçılar Kəlbəcəri tərk etməlidirlər. Reallıq məhz bunu diktə edir. Partiya rəhbərinin sözlərinə görə, Kəlbəcərin girəcəyindəki qondarma lövhə Ermənistandan Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsinə gedən yolda qoyulmuşdu. Bundan sonra həmin lövhənin yerində Azərbaycanla Ermənistanın dövlət sərhədini göstərən məlumat lövhəsi olacaq:

“Beləliklə, 10 noyabrda imzalanan üçtərəfli razılaşmanın şərtlərinin yerinə yetirilməsi ərazi bütövlüyümüzün bərpasına gətirib çıxaracaq. Ermənilərin Kəlbəcər rayonundan köçmə prosesi tamamlanıb. Kəlbəcərin təhvil-təslimi baş tutandan sonra Müzəffər Ordumuz ərazimizə daxil olacaq. 44 günlük müharibədə Şanlı Ordumuzun və Ali Baş Komandanımızın möhtəşəm bir Qələbəyə imza atması Ağdam, Kəlbəcər və Laçının dinc yolla, heç bir itki vermədən işğaldan azad edilməsinə zəmin yaratdı. Bu, böyük qələbənin tərkib hissəsidir”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu