Ordumuzun bölmələri Kəlbəcər rayonuna daxil olub

Azərbaycan Respublikası, Rusiya Federasiyası  Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

"Sherg.az" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Ayyət Əhməd Yazarın yazıları
menu
menu