COVID-19-un ilk dəfə Çindən kənarda “qohumları” tapıldı

On il əvvəl dondurulmuş yarasalarda cari ildə dünyada pandemiyaya səbəb olan COVID-19-a oxşar virus tapılıb.

Bu barədə “Nature” jurnalında məqalə dərc olunub.

Bildirilir ki, virus 2010-cu ildən bəri Kambocada dondurucuda saxlanılan iki heyvanın cəsədində tapılıb.

Onların bədənlərində tapılan infeksiyanın COVID-19 ilə ən az 97 faiz oxşarlığı ortaya çıxsa, bu, virusun insanlara necə keçməsi, həmçinin onun mənşəyi barədə əhəmiyyətli məlumatlar verəcək.

“Kamboca komandasının nəyi tapmasından asılı olmayaraq, bu, çox vacib ixtiradır. Çünki bu, SARS-CoV-2 ilə sıx əlaqəli virusların nalburun yarasalarda və hətta Çinin xaricində olan yarasalarda nisbətən geniş yayıldığını təsdiqləyir”, - deyə məqalədə bildirilir.

2013-cü ildə Yaponiyada tutulan heyvanlarda aşkarlanan infeksiya indiki ilə 81,5 faiz üst-üstə düşüb. Bu rəqəm virusun COVID-19-un mənşəyi ilə əlaqəli məlumat mənbəyi olması üçün çox azdır. Bundan əlavə, onun insanlara ötürülmə qabiliyyəti yoxdur.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu