Polşada su samurlarının koronavirusa yoluxduğu aşkar edilib

Polşada yerləşən fermaların birində su samurlarının koronavirusa yoluxduğu aşkar edilib.

Bu barədə “Zet” radiostansiyası məlumat yayıb.

Qeyd olunur ki, fermada saxlanılan və böyüdülən səkkiz su samurunda SARS-CoV-2 virusu tapılıb.

Radiostansiyadan verilən məlumata əsasən, Qdansk Tibb Universitetinin alimləri də yırtıcı heyvanlardan götürülən qan analizləri nəticəsində onların koronavirus daşıyıcısı olduğunu təsdiq edib.

Hazırda virusun mənşəyini təyin etmək üçün dərin genetik tədqiqatlar aparılır.

Xatırladaq ki, Danimarka koronavirusun mutasiyaya uğramış forması səbəbindən 17 milyon su samurunu öldürməyi planlaşdırır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu