Bakının mərkəzində piyada zonaları yaradılacaq

Bakı şəhərinin Füzuli küçəsindən aşağı yerləşən küçələrdə piyada zonalarının yaradılması ilə bağlı təkliflər irəli sürülüb.
"APA-Economics"in məlumatına görə, bunu "Caspian Energy Club"ın təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.
Onun sözlərinə görə, təklif Bakı İcra Hakimiyyəti istisna olmaqla digər qurumlarla artıq razılaşdırılıb: "Son mərhələ olaraq Bakı İcra Hakimiyyətinin razılığı qalıb ki, hazırda bu qurumla qeyd olunan məsələ ilə bağlı danışıqlar aparılır".
Agentliyin rəsmisi əlavə edib ki, piyada zonaları bu gün avtomobillərin parklanması üçün istifadə edilən küçə və ərazilərdə salınacaq.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu