Zəki Öztük: "Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək"

Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztük Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə Gəncədəki Şəhidlər Xiyabanını ziyarət edib.
APA-nın məlumatına görə, Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztük bildirib ki, bu gün önəmli dönüş nöqtələrin biridir.
Z. Öztük deyib ki, Kəlbəcərin Azərbaycana geri qaytarılması və işğal altında olan torpaqların azad olması tarixi günlərdəndir: “Bu xoş günündə kəlbəcərli, azərbaycanlı qardaşlarımızla birlikdə olmaq istədik. Bu zəfər mübarək olsun. Ümid edirəm ki, ən qısa zamanda kəlbəcərli qardaşlarımız öz yurd-yuvalarına geri qayıdar, orada rifah və sülh içində yaşayarlar. Bu zəfərin qazanılmasında həyatlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Türkiyə bundan öncə olduğu kimi, bundan sonra da haqlı davasında “iki dövlət, tək millət” olduğumuz Azərbaycanın yanında olmağa və Azərbaycanın haqlı davasını müdafiə etməyə davam edəcək”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu