Kremldən gələn zəng ! - “Siyasi proseslər aktiv fazaya keçir”

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışıqları olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, telefon danışıqları zamanı Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin işi və əhaliyə humanitar yardımın göstərilməsi ilə bağlı əlavə addımlar müzakirə olunub.

Rusiya Prezidenti Azərbaycan və Ermənistan liderləri regionda qarşılıqlı iqtisadi əlaqələrə, həmçinin nəqliyyat-kommunikasiya sisteminin bərpası məsələlərinə toxunulub. Bundan başqa, V. Putin Prezident İlham Əliyev və N. Paşinyanla Qarabağla bağlı razılaşmanın icrası və Rusiyanın qurumlararası nümayəndə heyətinin 21 noyabrda Bakı və İrəvana baş tutmuş səfərinin nəticələrini müzakirə edib.


Sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov məlum telefon danışığına dair fikirlərini “Sherg.az”la bölüşüb.
T.Zülfüqarov qeyd edib ki, Vladimir Putinin öz imkanlarından istifadə etməsi ilə sülhməramlılar bölgədə aktiv şəkildə iştirak edir:

“Şübhə yoxdur ki, sülhməramlılarla bağlı məsələlərin operativ şəkildə müzakirə edilməsi normal bir missiyadır. Bu baxımdan telefon danışığında təəccüblü bir şey yoxdur.

Müəyyən təhlükəsizlik məsələlərinin müzakirəsini də istisna etmirəm. Çünki Ermənistan tərəfindən daim səslənən siyasi şüarlar var. Ortaya çıxan bütün məqamlar telefon danışığı zamanı müzakirə olunub.

Praktiki baxımdan çətin olan məsələlər danışılıb. Amma Azərbaycanın mövqeyi də bəllidir.

Bu baxımdan Qarabağdakı durumların yenidən gündəmə gəlməsi gözlənilir. Yəni sülhməramlıların mandatı çox vacibdir. Hesab edirəm ki, ayın 1-dən sonra siyasi proseslər daha aktiv fazaya keçir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu