Paşinyana psixoloji diaqnoz:““Ağ atlı oğlan”a bənzəmək istəyirdi"

“Amma heç bir siyasi təcrübəsi yoxdur. Necə siyasi və hərbi rəhbər olduğunu gördük”

“Ona görə də işğalçı ölkədə daxili böhran davam edəcək”

“Ermənistanda heç bir sabitlik olmayacaq. Hətta birazdan dövlətin varlığı da sual altına düşəcək”


Üzdən oxşayıb-oxşamadığını dəqiq deyə bilmərəm, amma Ermənistan baş naziri Nikol Paşinyan özünü məşhur “Tom və Ceri” cizgi filmindəki həyasız pişik kimi aparır. Əvvəl içəri girmək üçün qapıda yatır, yazıq görkəmi alır, sonra da ona verilən yerlə kifayətlənmir və evin içində özünə ev tikməyə başlayır.  Ev sahibini bir anlıq unudur. Başlayır o yan-bu yana qaçmağa, “siçan tutmağa”.  Amma başına yumruq dəyəndən sonra məşhur türk misalında deyildiyi kimi, dünyanın neçə bucaq olduğunu anlayır.

Bax, indi baş nazir həmin vəziyyətdən də betərdir. Özünü nə qədər soyuqqanlı göstərməyə çalışsa da, Prezident, Ali Baş Komandanın  “Noldu, Paşinyan?” sualı yuxularına girir və cavab axtarmağa başlayır: “mənə bu lazım idimi?”.

Deməyim odur ki, Paşinyanın psixi durumu yerində deyil. Yaxın zamanda ruhi klinik xəstəxanada, ağ xalatda fotosunu görsəniz, təəccüblənməyin.

Tanınmış psixoloq Azad İsazadə “Sherg.az”a açıqlamasında Paşinyana psixoloji diaqnoz qoyub:

“Konkret rəy vermək çətindir. Amma Ermənistandakı durumun pis olduğu aydındır. Paşinyan çabalasa da, hakimiyyətdə qalmağı hələ bacarır. Çıxışlarında siyasi qüvvələrin təzyiqindən və xalqın dəstəyindən danışır.

Bunun həqiqət və ya yalan olduğunu deyə bilmərik. Amma Paşinyanda tipik erməni xarakteri var: söylədiyinə ilk növbədə özü inanır.

Və ona qarşı çıxanları nəinki ittiham edir, hətta “xalq düşməni” kimi tanıdır. Özünü isə “milli qəhrəman” hesab edir və guya düşmənlərlə mübarizə aparırmış kimi imic yaradır. Sanki ilahi qüvvə ona hansısa güc verib. Yəni Paşinyan özünü “ağ atlı oğlan”a bənzətmək istəyir”.

İsazadənin fikrincə, reallıq tamam başqadır: 

“Paşinyan hakimiyyətdə nə qədər qalsa, bizə o qədər sərf edir. Bu, bizim xeyrimizədir. Çünki o, özünədüşkündür. Özündən çox razıdır. Əslində isə heç bir siyasi təcrübəsi yoxdur. Necə siyasi və hərbi rəhbər olduğunu gördük.

Ona görə də daxili böhran davam edəcək. Ermənistanda heç bir sabitlik olmayacaq. Hətta birazdan dövlətin varlığı da sual altına düşəcək”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu