“Minsk qrupunun vasitəçiliyi rədd edilməlidir” - Fransaya görə

Noyabrın 18-də erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senat qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsini yerli senata təqdim etmişdi. Dünən isə həmin layihə müzakirə edilərək qəbul olunub.  Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu barədə danışarkən həmin sənədin bizim üçün adi kağız parçasından başqa bir şey olmadığını deyib: “ İlk olaraq vurğulamaq istərdik ki, bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil. Dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur.

Vasitəçi ölkənin bitərəf və ədalətli olmalı olduğunu unudan Fransanın açıq ermənipərəst mövqeyi münaqişənin sülh yolu və beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə mane olan əsas amillərdən biri olmuşdur. Məhz onun belə dəstəyi təcavüzkar Ermənistanı status-kvonu davam etdirməyə və işğal faktını gücləndirməyə həvəsləndirmişdir”.

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general  Yücel Karauz Fransa parlamentinin qərarı barədə “Sherg.az”a danışıb:

 “Azərbaycan Parisdəki səfirini Bakıya çağırıb, bu barədə danışıqlar aparmalıdır. Həmçinin ATƏT-in Minsk qrupunun vasitəçiliyi rədd edilməlidir.  Frasanın olduğu heç bir görüşə qatılmaq lazım deyil. 

Fransa ilə enerji  sahəsindəki və Xəzər dənizi ilə əlaqədər məsələlər yenidən dəyərləndirilməlidir. Türk əsgəri Şuşa, Ağdam, Kəlbəcər və Laçına yerləşdirilməlidir. Fransanın malları boykot edilməlidir”.

 Onun fikrincə, bu məsələyə lazımi diqqət ayırılmalıdır: 

“Bu qərar BMT-nin qərarlarına ziddir. Ona görə də birbaşa həmin təşkilata müraciət etmək lazımdır. İslam Əməkdaşlıq Təşkilatı bir yerə yığılmalı və bu hüquqsuz addıma münasibət bildirməlidir.

Türkiyə, Pakistan kimi dost ölkələr ümumi işlər görməlidir. Eyni zamanda İsrailin və Yəhudi lobbisinin mövzu ilə əlaqədər dəstəyi də lazımdır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu