Akar Fransa Senatının qətnaməsini pislədi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar noyabrın 25-də Fransa Senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul edilməsinə münasibət bildirib.
APA-nın yerli bürosunun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, türkiyəli naziri Fransa Senatının qətnaməsini pisləyib.
“Senatın qəbul etdiyi qətnamə Fransanın Dağlıq Qarabağ məsələsində həllin yox, problemin bir parçası olduğunu bir daha göstərdi”, - nazir vurğulayıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu