Koronavirus xəstəsi şəhərə çıxıb təhlükə yaratdı

İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Sherg.az"a verilən məlumata görə, İsmayıllı rayon sakini Mayıl Qüddəsərovun COVID-19 testinin nəticəsi pozitiv olması səbəbilə ona ev şəraitində müalicə təyin edilib, karantin qaydalarını pozarsa məsuliyyətə cəlb ediləcəyi barədə məlumatlandırılıb. M.Qüddəsərov infeksiya daşıyıcısı olduğunu bilməsinə baxmayaraq, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və şəhər ərazisində hərəkət etməklə digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları M.Qüddəsərovun yerini müəyyən edərək əraziyə dərhal həkim briqadası dəvət ediblər və o, evinə geri qaytarılıb.

İsmayıllı rayon Polis Şöbəsində M.Qüddəsərov barəsində Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu