Ermənistanda rus hərbçisinin cəsədi tapıldı

Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının hərbi qulluqçusu ölü tapılıb.
APA xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib. Ermənistan İstintaq Komitəsinin Şirak Regional İstintaq İdarəsi hazırda hərbçinin ölümü ilə bağlı materialları toplayır.
Bildirilir ki, 36 yaşlı rus əsgərinin həyat əlamətləri olmayan cəsədi onun hərbçi yoldaşları tərəfindən aşkar edilib.
“Rusiya hərbi bazasının Ermənistandakı Cənub Hərbi Dairəsi üzrə komandanlığının komissiyası hüquq-mühafizə orqanları ilə birlikdə müqavilə əsasında hərbçinin ölümü ilə bağlı araşdırma aparır. Hərbçinin cəsədində zorakılıq əlamətlərinə rast gəlinməyib”, - məlumatda belə deyilir.
Hadisənin bütün təfərrüatları araşdırılır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu