Moskvada son sutkada 6 mindən çox insanda COVID-19 aşkarlanıb

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 77 nəfər dünyasını dəyişib.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 8680-ə çatıb.
Qeyd edək ki, Moskvada indiyədək 577 177 insanda koronavirus aşkar olunub, onlardan 6075 nəfəri son sutkada təsdiqlənmiş yoluxma hallarıdır. Həmçinin ümumilikdə 428 418 xəstə sağalıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu