Erməni barbarlığını bütün dünyaya göstərməliyik

Baxsınlar ki, Füzulini, Cəbrayılı, Ağdamı yerlə-yeksan ediblər

Ermənilər Azərbaycan ərazilərində məqsədli şəkildə Azərbaycanın mədəni irs nümunələrini ya tamamilə dağıdıb məhv ediblər, ya da sadəcə olaraq erməniləşdiriblər. Ermənistan 30 ilə yaxın işğalda saxladıqları ərazilərimizdə indiyədək bu və ya digər formalı monumental qurğular və heykəltaraşlıq nümunələri və erməni terrorçularının xatirəsinə 1500-dən çox kompleks inşa edib. Ermənilər hətta bu tarixi ərazilərimizdə xristian simvollarını əks etdirən nəhəng monumental qurğular yaradıblar ki, ərazi kənardan müşahidə edildikdə bu ərazilərin xristian əraziləri olduğuna şübhə yeri qalmasın. Məsələn, Keçmiş Hadrud rayonunun Ballıca kəndi yaxınlığında adsız bir dağın zirvəsində 2016-cı ildə  “şəfəq saçan xaç”inşa ediblər. Bu xaç simvolu gecələr işıq saçaraq Qarabağın bütün regionlarında görünürdü.

Qeyd edək ki, Ermənistanın heç bir ərazisində bu hündürlükdə xaç qurğusu yoxdur. Bu xaçın burada qurulması üçün 10 hektardan çox meşə sahəsi məhv edilərək Azərbaycanın Ekologiyasına ciddi ziyan vurulub. Xankəndi şəhəri ərazisində 2017-ci ildə dəmirdən erməni xaç simvolu ucaldılıb. Bu xaçı Xankəndinin istənilən küçəsindən müşahidə etmək mümkündür. Habelə, Ağdam rayonunun Şahbulaq ərazisində və Laçın rayonunun Minkənd İstisuda belə erməni xaç daşlarına və “erməni soyqırım”ı xatirə komplekslərinə rast gəlmək mümkündür. 

Politoloq Əhəd Məmmədli "Şərq"ə açıqlamasında bildirib ki, ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində xaraba qoyduqları inzibati yaşayış mərkəzlərinin ətrafında, xüsusi ilə yol kənarlarında, uca dağ zirvələrində, keçmiş müalicə istirahət mərkəzlərində, bulaq yaxınlıqlarında və gözəl təbiət mənzərələri ilə əhatə olunan ərazilərdə kütləvi şəkildə erməni kilsələri və dekorativ bədii həlli olan müxtəlif ölçülü xaç daşları inşa etməkdə əsas məqsədləri bu torpaqların guya  əzəli erməni torpaqları olduğu barədə beynəlxalq səviyyədə təbliğat işləri həyata keçirmək olub. Politoloq əlavə edib ki, bununla da onlar bu torpaqların ermənilərə məxsusluğu barədə yalan məlumatlar yaymağa çalışıblar:

"Ermənilər bəlkə də saxtakarlıq üzrə dünyanın bir nömrəli millətidir. Yalan danışmağı, saxtakarlıq etməyi, ağlamağı, özlərini həmişə əzik kimi göstərməyi yaxşı bacarırlar.

Xatırlayırısınızsa, Gürcüstanda Saakaşvili iqtidarı hakimiyyətə gələndə bizdə də bir çoxları onu çox tərifləyirdi. Ancaq o  gələn kimi Borçalıda türk müsəlmanlarının yaşadığı bölgələrdə hər kəndin qarşısında  xaç çəkilməyə başlanıldı.

Gürcülər də iddia edirdilər ki, guya, bu torpaqlar onlarındır və bu xaçlar isə onların mədəniyyətinin irsidir. Ermənilər də bu üsulu Qarabağda ediblər. Lakin biz bunun qarşısını hər vəchlə almalıyıq".

"Baxın, bu millət on illərdir ki, bütün tarixini saxtalaşdıraraq özünü qədim xalq kimi qələmə verməyə çalışır. Özünü dünyanın ən qədim xalqlarından, xristianlığı qəbul edən bir xalq kimi, tiqrant, klikiya kimi və sair kimi göstərmək istəyirlər.

Amma biz də bütün dünyaya göstərməliyik ki, bu "qədim sivil xalq" Füzulini, Ağdamı, Cəbrayılı və digər torpaqlarımızı necə barbar edərək, onları nə günə qoyurlar.

Biz bütün bunları göstərməyi bacarmalıyıq. İlk növbədə dünya şöhrətli  bütün televiziya kanallarını həmin ərazilərimizə dəvət etməliyik ki, onlar ermənilərin barbarlığını göstərsinlər.

Bizim üzərimizə böyük iş düşür. Hərbi  əməliyyat bu məsələnin bir tərəfi idi. İkinci tərəf isə informasiya müharibəsidir. Ümid edirəm ki, dövlət başçısı bu məsələdə də ciddi dəyişikliklər edəcək və biz önəmli irəliləyişə nail olacağıq".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu