Pakistanlı analitik: “Ermənistan atəşkəs razılaşmasını pozur”

“Ermənilərin bu ərazidən çıxarkən Qarabağ bölgəsinin ekologiyasını məhv etmələri xoşagəlməz haldır”

“BMT bu terroru ciddi şəkildə nəzərə almalı və Ermənistanı hesaba çəkməlidir”

“Məscidlərin dağıdılması hadisələri də çox acınacaqlıdır.  Bu, atəşkəs razılaşmasının pozulmasıdır”


Azərbaycan bütün tarix boyu olduğu kimi, yenə dünyanın diqqət mərkəzindədir. Düşmənlərimiz bizə “yağlı tikə” gözü ilə baxır, dostlarımız isə “həzm olunmamağımıza” çalışır. Əlbəttə, Azərbaycan siyasi hakimiyyəti də, ordusu da, xalqı da bəşəriyyət üçün nümunədir. Belə olmasa idi, böyük tarixə malik dövlətçilik ənənəmiz bu günədək davam etməzdi. Hələ Mannanı, Atropatenanı qoyuram qırağa, görəsən, ermənilərin və onların havadarlarının Ağqoyunlulardan, Səfəvilərdən xəbəri varmı? İnanmıram. Çünki, necə deyərlər, Ermənistanın o vaxt heç “proyekti» də yox idi.
Deməli, Azərbaycanı başqaları ilə səhv salmaq lazım deyil. Biz bunu İkinci Vətən müharibəsində də göstərdik. Dünya bildi ki, türklə zarafat olmaz!

 Əlbəttə, bu günlərdə müsəlman qardaşlarımızın mənəvi dəstəyini hiss etməyimiz bizi daha da ruhlandırdı. Pakistanlı siyasi analitik Ahsan Hamid Durrani “Sherg.az”a açıqlamasında bildirib ki, proseslər mütləq rəsmi Bakının qələbəsi ilə başa çatmalı idi:

 “Dağlıq Qarabağ münaqişəsinin təxminən otuz yaşı var. Bu, Azərbaycanla Ermənistan arasında ikincinin qanunsuz işğalı ilə başlayan və davam edən bir məsələdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi- 822, 853, 874 və 884 saylı qətnamələr Azərbaycanın haqlı mövqeyini tanıyır.

Başqa sözlə, həmin sənədlər sizin haqlı olduğunuzu göstərir.  44 günlük hərbi əməliyyatlar zamanı müsəlman ölkələri, xüsusilə Pakistanla Türkiyə Azərbaycana böyük dəstək verdi.

Bunu danmaq olmaz. Pakistan xalqı hələ heç bir ölkəni belə dəstəkləməmişdi. Biz müharibənin ağrı və əzabını bölüşdük, qələbəni birlikdə qeyd etdik. Belə bir şey indiyədək görünməmişdi. Fikrimcə, Pakistan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əlaqələr inkişaf etməli, ticarət, turizm, bilik mübadilələri aparılmalıdır. Bu, insanları da bir-birinə yaxınlaşdırar”.

Onun fikrincə, Ermənistan indi ancaq özü mövcudluğunu qorumağa çalışmalıdır:

“Ermənilərin bu ərazidən çıxarkən Qarabağ bölgəsinin ekologiyasını məhv etmələri xoşagəlməz haldır. BMT bu terroru ciddi şəkildə nəzərə almalı və Ermənistanı hesaba çəkməlidir. Məscidlərin dağıdılması hadisələri də çox acınacaqlıdır.  Ermənistan atəşkəs razılaşmasını pozur.

Azərbaycanın Dağlıq Qarabağ müharibəsindəki qələbəsi, qalibiyyətin nə olursa olsun, ancaq haqlı və dürüstlərə qismət olduğunun göstəricisidir. Ermənistan on illərdir sizi təxribata çəkirdi.

Nəhayət, Azərbaycan  provokasiyaya cavab verdi verdi və özünə məxsus olanı geri aldı. Bundan sonra Ermənistan hərbi avatrürizm  əvəzinə, daxili yoxsulluq və inkişaf məsələlərini həll etməyə çalışmalıdır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu