Azərbaycanda son üç ildə elektron ticarət həcmi altı dəfə artıb

Oktyabr ayında nağdsız ödənişlər üzrə ölkədaxili aparılan elektron ticarət əməliyyatlarının həcmi 303 milyon manat təşkil edib.
Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, ötən aya nisbətən elektron ticarət əməliyyatlarının həcmi 7,9 faiz azalsa da, ilin əvvəli ilə müqayisədə 16,5 faiz artıb.

Oktyabr ayı üzrə nağdsız ödənişlər sistemində 5,7 milyon elektron ticarət əməliyyatı aparılıb. Elektron ticarət əməliyyatlarının sayı ötən aya nisbətən 8,2 faiz azalsa da, ilin əvvəli ilə müqayisədə 25,6 faiz artıb.

Əlavə edək ki, nağdsız ödənişlər sistemində 2020-ci ilin 10 ayı ərzində ümumi elektron ticarət əməliyyatlarının həcmi 2 milyard 953 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 27,2 faiz çoxdur.

Eləcə də, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 6,5 dəfə çoxdur.

Bu nəticələr ölkədə elektron ticarət üzrə aparılan əməliyyatların miqyasının genişləndiyini sübut edir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu