Peskov: “Putin Azərbaycan və Ermənistan liderləri ilə sıx dialoqdadır”

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla intensiv olaraq telefonla əlaqə saxlayıb.
TASS xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistin müvafiq sualını cavablandıran zaman deyib.
“Prezidentin bütün beynəlxalq telefon danışıqları barədə rəsmi hesabat vermirik”, - Kremlin sözçüsü bildirib.
O qeyd edib ki, Putin özü də Qarabağ nizamlanması prosesində Ermənistan və Azərbaycandan olan həmkarları ilə sıx telefon əlaqəsi saxladığını deyib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu