Daha bir koronavirus xəstəsi küçəyə çıxdı

Tərtərdə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan "Sherg.az"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində koronavirus pandemiyasına yoluxmuş rayon sakini M. Əliyevin karantin qaydalarına zidd davranaraq, yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib. Həmin şəxs rayon ərazisində aşkar olunub və yaşadığı ünvana geri qaytarılıb.
Onunla profilaktiki mövzuda söhbətlər aparılaraq, koronavirus pandemiyasının bəşəri bəla olduğunu, bütün dünyanın bu bəladan əziyyət çəkidyi deyilib.
Hazırda Tərtər rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu