"Zinət əşyalarımı qaytarın" - Anna Akopyanla bağlı qalmaqallı İDDİA

Ermənistanın birinci xanımının keçmiş makiyaj ustası və bərbəri Sofia Xudoyan, zinət əşyalarını geri qaytarmasını və əvvəl sifariş edilmiş paltarların pulunu ödəməsini tələb edir.
Lent.az Ermənistan KİV-nə istinadla bildirir ki, zinət əşyalarının və pulların qaytarılması tələbi, Ermənistan baş nazirinin arvadının postlarından birinin altındakı şərhdə yer alıb.
Qalmaqalın müəllifi Ermənistanın birinci xanımının keçmiş bərbər və vizajisti Sofya Xudoyandır. İndi qadın ondan borc aldığı zinət əşyalarının qaytarılmasını tələb edir.
"Zinət əşyalarımı qaytarın və sifariş olunmuş paltarların pulunu verin. Ayıbdır. Şərhimi silməyin, vicdanınız oyanana qədər daha çox yazacağam", - Xudoyan yazıb.

Göründüyü kimi, Akopyan onun çoxsaylı şərhlərini daim silir.

Daha sonra makiyaj ustası “Facebook” səhifəsində bir ildir dövlət başçısının köməkçiləri ilə əlaqə qurmağa çalışdığını, lakin nəticəsiz qaldığını qeyd edib. Xudoyan aldığı cavabları xalqa təqdim edəcəyinə də söz verib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu