Fransada islamofobiya ! - "Müsəlmanların sayını azaltmağa çalışırlar”

“Hətta Fransız vətəndaşı olan  ibadət əhli nümayəndəsini də incidirlər”

“Son üç ildə qırxdan çox məscid bağlanıb. Bu, Fransanın mövqeyini göstərir”


Fransa hökuməti Parisdəki Pantin məscidini bağlayıb. Məscidin imamı bununla bağlı şikayət etsə də, şikayəti təmin olunmayıb. Fransadakı müsəlmanların böyük etirazlarına səbəb olan bu addıma səbəb kimi imamın sosial şəbəkələrdəki paylaşımları göstərilib. "Təxribatçı məzmunlu paylaşımlar" adlandırılan hansısa statuslara görə böyük bir icmanın ibadət etdiyi məscidin bağlanması Fransadakı islamofobiyanın hansı həddə çatdığını göstərir.

Bu, artıq sayını unutduğumuz növbəti erməni təxribatıdır. Necə deyərlər, biz danışmaqdan yorulduq, onlar eşitməkdən yorulmurlar.

İlahiyyyatçı Elşad Miri sözügedən provokasiyaya dair fikirlərini “Sherg.az”la bölüşüb: 

“Əslində belə bir addım gözlənilən idi. Fransa Avropada müsəlmanların ən çox yaşadığı ölkədir. Həm də orada ibadət əhli daha aktivdir. Müxtəlif təşkilatlarda, ictimai birliklərdə, QHT-lərdə birləşiblər. Mən indiyədək onların keçirdiyi müxtəlif tədbirlərdə, layihələrdə iştirak etmişəm. O qurumların heç birinə qarşı sanksiya tətbiq edilməsə də, məscidlər bağlanır. Son üç ildə qırxdan çox məscid bağlanıb. Bu, Fransanın mövqeyini göstərir”.

E.Miri rəsmi Parisin sanksiyalarını qınayıb:

 “Bildiyim qədərilə Fransa dünyada ilk sekulyar ölkədir. İndi də sekulyar davranmağa çalışır. Buna baxmayaraq, həm də müsəlmanlara qarşı dözümsüzdürlər. Düzdür, bir çox müsəlmanın yerli hökumət dairələrində çalışmaları müsbət haldır. Amma fakt ondan ibarətdir ki, müsəlmanların sayını azaltmağa çalışırlar. Hətta Fransız vətəndaşı olan  ibadət əhli nümayəndəsini də incidirlər”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu