Bakı yollarında tıxac var: avtobuslar gecikir

Bakının əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən Lent.az -a verilən məlumata görə, hazırda bu ərazilərdə sıxlıq var:

Ziya Bünyadov prospekti – Çermet körpüsündən 20 yanvar dairəsi istiqamətində və Ayna Sultanova parkından Koroğlu metrosu istiqamətinə qədər

Tbilisi prospekti –şəhər istiqamətində və 20 yanvar dairəsi istiqaməti

Koroğlu Rəhimov küçəsi -Heydər Əliyev prospekti istiqamətində

Yusif Səfərov küçəsi –Heydər Əliyev prospekti istiqaməti

Üzeyir Hacıbəyov küçəsi –Cavanşir körpüsünün üstü

Abbasqulu ağa Bakıxanov küçəsi –Türkiyə səfirliyi istiqamətində nisbətən sıxlıq var

Şah İsmayıl Xətai prospekti –Təhsil Nazirliyinin yanı Heydər Əliyev prospekti istiqamətində

Mikayıl Əliyev küçəsi –Heydər Əliyev prospekti istiqamətində

Mikayıl Useynov prospekti –Azneft dairəsi istiqamətində

Neftçilər prospekti –Azneft dairəsi istiqamətində

Mustafa Kamal Atatürk prospekti –Ziya Bünyadov prospekti istiqamətində

Heydər Əliyev prospekti –şəhər istiqamətində kənar yol

Sıxlıq səbəbindən bütün istiqamətlərdə avtobuslar gecikmə ilə hərəkət edir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu